“Mədəniyyət” kanalının direktoru, Əməkdar artist Ramil Qasımovun “Qafqazinfo”ya müsahibəsi:

- Ramil bəy, bu gün gündəmdə olan məsələlərdən biri mədəniyyətimizlə bağlıdır. “Mədəniyyət” kanalının direktoru kimi Azərbaycan mədəniyyətinin inkişaf səviyyəsi haqqında nə düşünürsünüz?

- Hər bir ölkənin mədəniyyəti onun vizit kartıdır. Əgər xalq mədəniyyəti qoruyarsa, mədəniyyət xalqı ucaldar. Bizim Azərbaycan mədəniyyətinin tarixi zəngin köklərə malikdir. 

Ölkə rəhbərliyi tərəfindən, bu gün mədəniyyətimizin dünyada tanınması istiqamətində böyük işlər görülür.